Mingəçevirdə yaşayış binasında YANĞIN: 2 nəfər...

Mingəçevirdə yaşayış binasında YANĞIN: 2 nəfər...

Mingəçevirdə yaşayış binasında yanğın olub. ONN media  bildirir ki, hadisə axşam saatlarlnda N.Nərimanov küçəsi 40 ünvanında beşmərtəbəli binanın birinci mərtəbəsində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb. Yanğın zamanı mənzildə olan 1952-ci il təvəllüdlü Hüseynova Sürayə Duman qızı və 1973-cü il təvəllüdlü Hüseynov Xudaverdi Tofiq oğlu tüstüdən zəhərləniblər. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt