Bankda pulu olanlara ŞAD XƏBƏR

Bankda pulu olanlara ŞAD XƏBƏR

"Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik qüvvəyə minib. ONN media   xəbər verir ki, "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində "4 (dörd) il 9 (doqquz) ay müddətində" sözləri "2021-ci il 5 aprel tarixinədək" sözləri ilə əvəz edilib. Bununla da rəsmi şəkildə dekabrın 4-də qüvvədən düşən "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddəti 2021-ci il 5 aprel tarixinədək uzadılıb.

Geri qayıt