Bakıda dənizə düşən şəxs xilas edildi

Bakıda dənizə düşən şəxs xilas edildi

Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib. ONN media  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Geri qayıt