Yasamalda ağır yol qəzası - Qadın öldü

Yasamalda ağır yol qəzası - Qadın öldü

Dekabrın 26-da saat 16 radələrində Yasamal rayonunun Bakı-Kənar dairəvi yolunun 1-ci km-də ağır yol qəzası baş verib.

ONN media xəbər verir ki, Bakı şəhər sakini M.Nəğdi idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Şirvan şəhər sakini Zərnigar Şəkərlini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Geri qayıt