Bakıda qadının bank hesabından pulları oğurlandı

Bakıda qadının bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub. ONN media xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Abbasovanın bank hesabından 712 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Rəhimov saxlanılıb, daha bir şəxs isə müəyyən edilib. Araşdırmalar aparılır.