Akardan SON DƏQİQƏ Qarabağ açıqlaması

"Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin inşası başa çatandan sonra bir generalımız və 35 zabitimiz dərhal xidmətə başlayacaqlar". ONN media xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar ilin sonuna dair keçirdiyi onlayn konfransda deyib. Onun sözlərinə görə, anlaşma çərçivəsində Türk Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycana gedib. Nazir vurğulayıb ki, Azərbaycan 30 ildir işğal altında qalan torpaqlarını "Tək Vətən Hərəkatı" ilə azad edib: "Humanitar yardım fəaliyyətləri çərçivəsində azərbaycanlı qardaşlarımıza dəstək olmaq üçün əlimizdən gələni etdik və bundan sonra da edəcəyik. Can qardaşlarımızın haqlı və şərəfli mübarizəsində yanındaydıq və bundan sonra da yanlarında olacağıq".