Ramiz Mehdiyev bu şəxsi yüksək vəzifəyə təyin etdi

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni təyinat olub. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin dekabrın 29-da keçirilən iclasında elan edilib. Belə ki, müvafiq qərarla filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov AMEA Rəyasət Heyəti Aparatının rəhbəri vəzifəsinə təyinat alıb. Təyinat AMEA prezidenti Ramiz Mehdiyev tərəfindən təsdiqlənib.