Azərbaycanda bayram gecəsi dəhşətli hadisə - Gənc oğlan öldü

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, hadisə dekabrın 31-də saat 22:00 radələrində Sabirabad şəhəri ərazisində qeydə alınıb. Xaçmaz rayon sakini T.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobili daş hasara vurub. Nəticədə, sürücü və sərnişini, İmişli rayon sakini, 28 yaşlı Toğrul Şükürzadə xəsarətlərlə xəstəxanaya yerləşdirilib, T.Şükürzadə yanvarın 1-də orada ölüb. Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.