Hadisə və Kaandan YENİ XƏBƏR VAR

2020-ci ilin ən çox danışılan cütlüyü Kaan və Hadisədən xəbər var. ONN media bildirir ki, hər kəs onların evlilik xəbərini gözləyərkən cütlük ayrılıq qərarı almışdı.
2021-ci ilin ilk günlərində Hadisə sosial mediada səs-küylü paylaşım edib. Belə ki, o sevgilsinin evində çəkdirdiyi fotosunu İnstaqram hesabında paylaşıb. Bundan sonra Hadisənin Kaana daha bir şans verdiyi və cütlüyün yenidən barışdığı məlum olub. Müğənninin paylaşımının şərh bölümünü bağlaması gözlərdən yayınmayıb.