Erməni nazir Qarabağa gəlir

Ermənistan xarici işlər naziri Ara Ayvazyan bu gün Qarabağa - Xankəndiyə səfər edəcək. ONN media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, yanvarın 3-də Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda Təhlükəsizlik Şurasının iclası keçirilib. Görüşdə Dağlıq Qarabağdakı keçmiş qondarma rejimin rəhbəri Araik Arutyunyan da iştirak edib.