ABŞ İranın 7 milyon dollarını ələ keçirdi

ABŞ hakimiyyəti BƏƏ-dəki İran hesablarından 7 milyon dollar ələ keçirərək, bu vəsaitləri Amerikanın terrorizm qurbanlarına yardım fonduna göndərib. ONN media xəbər verir ki, bu məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb. Vaşinqton bu vəsaitin ABŞ sanksiyalarından yayınaraq dünyada 1 milyard dolların fərqli hesablara köçürülməsi üçün nəzərdə tutulan maliyyə sxemində istifadə edildiyini bildirib. Ələ keçirilən 7 milyon dolların BƏƏ investisiya fondunda olduğu qeyd edilib.