Hesablama Palatasında YENİ TƏYİNAT

Hesablama Palatasında elan edilmiş daxili müsahibədən müvəffəqiyyətlə keçmiş Nəsir Sadıqov qurumun aparat rəhbəri vəzifəsinə təyin edilib.
ONN media xəbər verir ki, bu barədə palata məlumat yayıb.
Məlumata görə, N.Sadıqov Hesablama Palatasında əmək fəaliyyətinə 2009-cu ildən başlayıb, 2016-cı ildən isə Hüquqi təminat və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. O, yeni vəzifəsində bir qədər əvvəl pensiyaya çıxmış Məhəmmədəli Süleymanovu əvəz edib.