Avropa Şengen vizasını sadəcə vaksinasiya olunanlara verəcək?

Avropa İttifaqı COVID-19 vaksinasiyasından asılı olmayaraq, xarici vətəndaşlara Şengen vizalarının verilməsinə dair məhdudiyyətlərə dəyişiklik etməyəcək. ONN media xəbər verir ki, Avropa Komissiyası Şengen vizaları barədə sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib. Hazırda Aİ-də az sayda üçüncü ölkələrə gediş-gəliş üçün müvəqqəti qaydalar mövcuddur. Bu, vaksinasiyadan asılı deyil. Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Aİ-nin Şengen vizalarını koronavirusa qarşı peyvənd olunma sertifikatları təqdim edə biləcək əcnəbilərə verəcəyi iddiları yayılıb. Xüsusilə, "neDuma" teleqram kanalı bildirir ki, Brüssel Şengen vizalarını yalnız Aİ-də təsdiqlənmiş, yəni “BioNTech/Pfizer” və ya “Moderna” məhsulları ilə vaksinasiya olunanlara vermək niyyətindədir. Rusiyanın “Sputnik-V”, nə də “Vektor” vaksinləri Aİ sertifikatlı kateqoriyasına aiddir. Bu da “BioNTech/Pfizer” və “Moderna” məhsullarını viza almaq üçün kateqoriyaya çevirir. Bundan əlavə, teleqram kanalı sözügedən peyvəndlərin Rusiya elitası və Rusiya Federasiyasındakı varlı vətəndaşlar üçün az miqdarda alındığını iddia edib.