Bu şəxslərin maaşlarına əlavənin müddəti uzadıldı - DAHA 3 AY

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müddəti martın 31-dək uzadılıb. ONN media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarda etdiyi dəyişiklikdə deyilir. Qeyd edək ki, bundan əvvəl bu müddət yanvarın 1-dək olan dövrü əhatə edib.