Londonda fövqəladə vəziyyət elan edildi

Londonda fövqəladə vəziyyət elan edildi

London meri Sadik Xan koronavirus epidemiyası ilə əlaqədar şəhər xəstəxanalarının dolması fonunda fövqəladə vəziyyət rejimi elan edib. ONN media  xəbər verir ki, bu barədə mer tvitter səhifəsində yazıb: “Londonun hər 30-cu sakini COVİD-19-a yoluxub. Biz dərhal tədbirlər görməsək, səhiyyə xidmətimiz yüklənəcək və daha çox insan öləcək”. Sadik Xan şəhər sakinlərinə yalvararaq müraciət edib: "Evdə qalın və zərurət olmadıqca çölə çıxmayın".

Geri qayıt