Qorxunc təyyarə qəzası - ÖLƏNLƏR VAR

Qorxunc təyyarə qəzası - ÖLƏNLƏR VAR

Rusiyanın Leninqrad vilayətinin Lomonosov rayonunun Qostilitsa kəndi yaxınlığında təyyarə qəzası baş verib. ONN media  xəbər verir ki, yüngülmotorlu “Piper” təyyarəsi havada başqa bir təyyarə ilə toqquşub. Nəticədə 3 nəfər həlak olub. Ölənlərdən ikisi kişi, biri qadındır. Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri yollanıb. İlkin məlumata görə, qəzaya kiçikmotorlu təyyarənin havada digər təyyarə ilə toqquşması səbəb olub. Məlumata görə, yerə çırpılan “Piper” təyyarəsi özəl olub. Qəza zamanı Qostilitsa aerodromunda təlim uçuşları həyata keçirilirmiş.

Geri qayıt