Naxçıvanın Kərki kəndi 5 günə Azərbaycana qaytarılır – Ermənistan mətbuatı

Naxçıvanın Kərki kəndi 5 günə Azərbaycana qaytarılır – Ermənistan mətbuatı

Ermənistan mətbuatı Azərbaycan və Ermənistan xüsusi xidmət orqanlarının rəhbərləri Armen Abazyanla Əli Nağıyevin Naxçıvanla sərhəd neytral ərazidə görüşündən yazır.

ONN media  xəbər verir ki, rəsmi Yerevan görüşün baş tutuduğunu təsdiqləyib.

Görüşdə əsir və girov düşmüş şəxslərin qaytarılmasının müzakirə olunduğu bildirilib. Amma Ermənistan mediası Abazyan –Nağıyev görüşü zamanı Sədərək rayonunun Kərki kəndinin Azərbaycana qaytarılmasının müzakirə olunduğunu da əlavə edib.

“Yaxın 5 gün ərzində Tiqranaşen (Kərki) kəndinin Azərbaycana qaytarılması planlaşdırılır”- deyə xəbərdə deyilir. (modern.az)

Geri qayıt