Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. ONN media  xəbər verir ki, bununla bağlı Nazir Vilayət Eyvazov əmr imzalayıb. Belə ki, polis polkovnik-leytenantı Ramiz Novruzov Səbail rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini təyin olunub. Qeyd edək ki Nizami RPİ-nin əvvəlki rəis müavini Nəvai Qasımov bir müddət əvvəl Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub.  /Oxu.az/

Geri qayıt