Rus hərbi həkimlər Qarabağa niyə gəldi?
Hərbi həkimlər Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarını koronavirus əleyhinə peyvənd etməyə başlayıblar. ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər. Peyvənd edilmə iki mərhələdə olacaq: vaksinin birinci komponenti yanvarın sonuna kimi, ikinci komponent - 21 fevrala qədər sülhməramlılara vurulacaq.
