Navalnı Moskvada həbs edildi

4 aydan artıqdır ki, Almaniyada müalicə alan rusiyalı müxalifət lideri Aleksey Navalnı Almaniyadan Moskvaya dönüb. ONN media xəbər verir ki, müxalifət lideri Rusiya polisi tərəfindən hava limanında saxlanılıb. Qeyd edək ki, bundan öncə Navalnını qarşılamaq üçün hava limanına gələn tərəfdarları və BBC telekanalının əməkdaşları da polis tərəfindən saxlanılıb.