Neft həftəyə bu qiymətlə başladı

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neftin qiyməti yeni həftəyə ucuzlaşma ilə başlayıb. ONN media   xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarında "Brent" neftinin dəyəri 0,93% azalaraq 1 barelə görə 54,59 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,80% azalaraq 51,94 dollar təşkil edib.

Geri qayıt