Azərbaycanda ölü və yaralıların olduğu dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT
Daxili İşlər Nazirliyi yanvarın 16-da saat 16 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
ONN media nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Hindarx qəsəbə sakini E.İsmayılovun idarə etdiyi “Mercedes” və Ağdaş rayon sakini Ə.İsrafilovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Ə.İsrafilov və sərnişinlərindən Ağstafa rayon sakini F.Həsənov hadisə yerində ölüb, digər sürücü və 3 sərnişin xəstəxanaya yerləşdirilib.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.
