Pakistan ordusu bu terrorçuları ƏLƏ KEÇİRDİ

Pakistan Ordusu daha iki terrorçunu zərərsizləşdirib. ONN media xəbər verir ki, bu barədə "Pakistan Defence" məlumat yayıb. Bildirilir ki, hər iki terrorçu TTP-nin "Sajna" Qrupunun üzvü olublar. Qeyd edilib ki, bu terrorçulara Pakistan təhlükəsizlik qüvvələrinə aid olan nəqliyyət vasitələrini partlatmaq üçün yolların minalanması ilə bağlı tapşırıq verilib. Terrorçulardan biri yaralı vəziyyətdə tutulub.