Yollar buz bağladı - 130 avtomobil bir-birinə çırpıldı

Yollar buz bağladı - 130 avtomobil bir-birinə çırpıldı

Yaponiyada zəncirvari avtomobil qəzası olub. ONN media  xəbər verir ki, Miyaqi əyalətində şiddətli qar yağışından sonra yolun buz bağlaması nəticəsində 130 avtomobil bir-birinə çırpılıb. Hadisə iştirakçısı olan 200 nəfərdən ən az 10-u yaralanıb, 1-i ölüb. Yaponiya Meteorologiya Agentliyi, Hokkaydo, Tohoku və Hokuriku bölgələrində qar yığıntısı, buz və qar uçqununa qarşı xəbərdarlıq edib.

Geri qayıt