Klublararası dünya çempionatının püşkü atıldı

Klublararası dünya çempionatının püşkü atıldı

Bu ilin fevralında Qətərdə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib. ONN media    xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə 1/4 final, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib. UEFA Çempionlar Liqasının son qalibi olan Almaniya "Bavariya"sı mübarizəyə yarımfinaldan başlayacaq. Həmçinin Libertadores Kubokunun qalibi (Braziliyanın "Palmeyras" və ya "Santos" klubu) də birbaşa bu raunda vəsiqə qazanacaq. 4 fevral 1/4 final mərhələsi "Tiqres" (Meksika) - "Ulsan" (Cənubi Koreya) "Əl-Duhail" (Qətər) - "Əl-Əhli" (Misir) Yarımfinal 7 fevral Libertadores kubokunun qalibi - "Tiqres" / "Ulsan" cütünün qalibi 8 fevral "Bavariya" - "Əl-Duhail" / "Əl-Əhli" cütünün qalibi Final 11 fevral Qeyd edək ki, turnirin son qalibi İngiltərənin "Liverpul" klubudur.

Geri qayıt