Zərif Ermənistana bu tarixdə gedəcək

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Ermənistana səfərinin tarixi məlumdur. ONN media xəbər verir ki, qurumun mətbuat xidməti nazirin yanvarın 27-də Ermənistana səfər edəcəyini açıqlayıb. Zərif İrəvanda ölkənin ali rəhbərliyi ilə danışıqlar aparacaq. Bu danışıqların mərkəzi mövzusunun Dağlıq Qarabağ olacağı ehtimal edilir. Qeyd edək ki, bundan əvvəl nazir İran KİV-lərinə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfər etmək niyyətində olduğunu bildirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Zərifin Bakı səfəri 24-25 yanvarda olacaq.