Rusiya 13 Azərbaycan şirkətinə razılıq verdi

"Rosselxoznadzor" yanvarın 25-dən Azərbaycanda fəaliyyət göstərən 6 alma istehsal müəssisəsinə və 7 pomidor istehsalçısına Rusiyaya mallarını ixrac etməyə icazə verib.
ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində aparılan fitosanitar monitorinqinin nəticələri, habelə birgə video-yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri barədə daxil olmuş məlumatların təhlili əsasında qəbul edilib.