Bakının mərkəzində GÜCLÜ YANĞIN - Yaralı var

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.
ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan polietilen istehsalı sexində karton tullantıları 4 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 4 m² sahədə əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Sex və orada olan dəzgahlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.