Azərbaycanda 25 dövlət müəssisəsi satışa çıxarılır

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 23 fevral tarixində təşkil ediləcək. İqtisadiyyat Nazirliyindən ONN media -ya verilən məlumata görə, hərraca 64 dövlət əmlakı çıxarılacaq. Bunlardan 25-i kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 39-u isə səhmdar cəmiyyətidir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin səhifəsindən tanış olmaq olar.