Nazir onu da təqaüdə göndərdi

Nazir onu da təqaüdə göndərdi

Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev işdən azad edilib. ONN media  xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, R.Qarayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Geri qayıt