Azərbaycanda daha bir nəfər özünü binadan atmaq istədi və...

Azərbaycanda daha bir nəfər özünü binadan atmaq istədi və...

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şamaxı rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. ONN media  nazirliyin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Geri qayıt