Goranboyda dəhşətli qəza - ÖLƏN VƏ YARALILAR VAR

Goranboyda ağır avtomobil qəzası olub. Mikroavtobusun yük maşınına çırpılması nəticəsində, 1976-cı il təvəllüdlü Şəmkir rayon sakini Hikmət Əhmədov hadisə yerində dünyasını dəyişib. Daha iki nəfər, 1965-ci il təvəllüdlü Mirzəyeva Mehriban Mirzə qızı və onun övladı, 1998-ci il təvəllüdlü Həsənova Nigar Əşrəf qızı ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.