Hərbi helikopter qəzası - 5 nəfər öldü

Kubada hərbi helikopter qəzası baş verib. ONN media xəbər verir ki, ada dövlətinin şərqində yerləşən Olqin əyalətinin Quantanamo məntəqəsinə uçan helikopter naməlum səbəblərdən qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdə olan 5 heyət üzvü ölüb. Kuba Müdafiə Nazirliyinin hadisənin araşdırılması məqsədilə komissiyasıya yaradıldığını bildirib.