Bağçalar bu tarixdə AÇILACAQ

"Bağçalar fevralın 15-nə kimi açılacaq. Hazırda yoluxma sayındakı azalmalar növbəti həftə ərzində yeni qərarların verilməsinə şərait yaradır". ONN media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə üzərindən vətəndaşların suallarını cavablandırarkən deyib. O bildirib ki, bağçaların açılması onun, yaxud nazirliyin əməkdaşların istəyinə bağlı deyil: “Bu, yoluxma sayından asılıdır”.