AMEA yeyinti iddialarına CAVAB VERDİ
"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun son əmrinə uyğun olaraq, 26 stansiyadan 23-də stansiya rəislərinin iş yerləri dəyişdirilib. QSC-dən ONN media -ya verilən məlumata görə, müəssisədə dövrü olaraq stansiya rəislərinin iş yerləri dəyişdirilir. “Yeni inşa olunan və istismara hazırlanan “8 Noyabr”, həmçinin “Nizami” və “Xalqlar dostluğu” stansiyalarının rəisləri yeni təyin edildiyindən onlar məsul olduqları stansiyalarda tutduqları vəzifələrdə saxlanılıblar. Stansiya rəislərinin yerdəyişməsi Bakı metropolitenində mütəmadi həyata keçirilən bir prosesdir. Bu, hərəkətin təşkili baxımından mütəxəssis heyətinin peşəkarlığını daha da yüksəltməsi, daim yeniliklərə meyilli olmasını təmin edir”, - QSC-dən bildirilib.
