Ötən il təcili yardım çağırışları 82% artıb

"2020-ci ildə əvvəlki illə müqayisədə təcili və təxirəsalınmaz tibbi yardım çağırışları 82% artıb". ONN media xəbər verir ki, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi nəticəsində vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artması təcili və təxirəsalınmaz tibbi yardım çağırışlarının ümumi sayına təsir edib. Z.Əliyev bildirib ki, ötən il səhiyyə işçilərinə ümumilikdə 142 milyon 51 min manatdan çox vəsait ödənilib: "Bu rəqəm 2019-cu illə müqayisədə 43.52 faiz çoxdur",-deyə o əlavə edib.