BNA-ya məxsus şirkətin rəhbəri dəyişdirildi
Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus Zığ Avtoparkı MMC-də kadr təyinatı olub. ONN media xəbər verir ki, Zığ Avtoparkı MMC-yə rəhbər vəzifəsi İlqar İbrahimova həvalə edilib. Qeyd edək ki, bu vəzifəni 2021-ci ilin yanvarına qədər Etibar Quliyev icra edirdi. Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinə məxsus “Zığ Avtoparkı” MMC-nin nizamnamə kapitalı 142 499 manat təşkil edir.
