Bağçalarla bağlı VACİB AÇIQLAMA

Fevralın 15-dən məktəbəqədər təhsil müəssisələri, yəni uşaq bağçaları fəaliyyətini davam etdirir. Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib. V.Yaqublu qeyd edib: “Bağçalarda tədris hər gün olacaq, Bakıda, Sumqayıt, Abşeron və digər regionlarda uşaqlar hər gün bağçaya gedəcəklər”.