Azərbaycana hansı vətəndaşlar gələ bilər? - AZAL aydınlıq gətirdi

Azərbaycana hansı vətəndaşlar gələ bilər? - AZAL aydınlıq gətirdi


“Azərbaycan Hava Yolları” QSC Azərbaycana hansı vətəndaşların gələ biləcəyi ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir: “Xatırladırıq ki, AZAL-ın xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır: - Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri; - Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər; - Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər; - Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər; - Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr”.
Geri qayıt