2 ailə arasında qan davası - 6 ölü, 3 yaralı

Bu gün Türkiyədə Adıyaman vilayətinin Kahta qəsəbəsində 2 ailə arasında qan davası zəminində silahlı toqquşma baş verib.
ONN media xəbər verir ki, ailələri nümayəndələri qəsəbənin Doluca kəndi yaxınlığında qarşılaşıblar. Silahlı insident zamanı 6 nəfər ölüb, daha 3 nəfər ağır xəsarət alıb.
Adıyaman vaisi Çuhadar olaydan dərhal sonra əraziyə gəlib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.