Türk ordusuna yeni QORXUNC SİLAH təhvil verildi

Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalına yeni sursat daxil edilib. ONN media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Sənayesi naziri İsmail Demir bildirib. Tvitter hesabından paylaşım edən nazir Mk-83 ümumi təyinatlı bombaları havadan yerə uzunmənzilli ağıllı sursata çevirən və dəqiq zərbə qabiliyyəti qazandıran #KGK rəhbər kitlərin yeni tədarükünün həyata keçirildiyini qeyd edib. HGK-83 1000 kalibr Mk-83 bombası ilə (500 kiloqram ağırlığında) hədəfləri zərərsizləşdirir. Kitin 28 km mənzili var və 10 metr vuruş həssaslığı mövcuddur.