Avtomobildə sıxılıb qalan sürücü belə XİLAS EDİLDİ - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda “Hyundai” markalı yük avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.