Əməkdar artistə 1 il efir qadağası qoyuldu

Əməkdar artistə 1 il efir qadağası qoyuldu

Əməkdar artist Cavanşir Məmmədova bir ildir efir qadağası qoyulub.

ONN media  xəbər verir ki, bu haqda müğənni "Həmin Zaur" proqramında deyib.

O bildirib ki, buna səbəb onun radio və telekanllarla bağlı səsləndirdiyi tənqidi fikir olub:

"Mənə sual verdilər və fikir bildirdim. Orada elə nalayiq sözlər deməmişdim. Mənə bir ildir efir qadağası qoymuşdular. Eybi yox, ola bilər. Yaşımın, sənətimin bu dövründə oturub gözlədim ki, nə vaxt zəng edib məni çağıracaqlar. 46 ildir sənətdəyəm. Düşündüm ki, çağırıb deyərlər nə olub? Etdilər də, sağ olsunlar. Ürəyim sıxılırdı. Bir müğənnini öldürmək istəyirsinizsə, onun əlindən mikrofonu alın".

Xatırladaq ki, C.Məmmədov televiziya və radiolarda mahnılarının səsləndirilməməsindən şikayət edib.(publika.az)

Geri qayıt