Burcu onunla tərəf müqabili olacaq?
Sonuncu dəfə "Kırmızı Oda" serialında rol alan aktrisa Burcu Biricikin yeni layihəsi bəlli olub. ONN media xəbər verir ki, aktrisa gerçək həyatdan bəhs edən "Camdakı kız" serialda rol alacaq. O, "Nalan" obrazına həyat verəcək.
B.Biricikin serialda tərəf müqabilinin Uraz Kayqılaroğlunun olacağı deyilir. Qeyd edək ki, ekran işi "Kanal D" telekanalında yayımlanacaq.(axşam.az)