SON DƏQİQƏ: Bakının mərkəzində YANĞIN
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın damında ümumi sahəsi 110 m² olan texniki otaqda taxta tullantıları və istifadəyə yararsız ev əşyaları 20 m² sahədə yanıb. Texniki otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
