Azərbaycanda "İnfiniti" aşdı - Ölən və yaralanan var

Azərbaycanda "İnfiniti" aşdı - Ölən və yaralanan var

Beyləqan rayonunda yol qəzası olub. Fevralın 9-da saat 1 radələrində Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində Tatalılar kənd sakini C.Sarızadə idarə etdiyi “İnfiniti” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə C.Sarızadə və sərnişini N.Aslanov xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb. Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Geri qayıt