Hərbi təyyarə qəzaya uğradı - 7 ÖLÜ

Cənubi Amerika ölkəsi Paraqvayda Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. ONN media xəbər verir ki, nəticədə 7 nəfər həlak olub. 19 yaşlı tələbə Xose Daniel Zavan yaralı halda tapılaraq xəstəxanaya çatdırılıb. Hərbi Hava Qüvvələrindən verilən açıqlamada “Nu Guasu” aviabazasına eniş etməyə çalışan “Cessna 402” tipli hərbi təyyarənin naməlum səbəbdən qəzaya uğradığı bildirilib. Təyyarə hərbi nəqliyyat vasitəsi kimi istifadə edilirmiş. İstintaq davam edir.