6,5 ballıq zəlzələ bu ölkəni silkələdi

6,5 ballıq zəlzələ bu ölkəni silkələdi

İndoneziyada zəlzələ olub. ONN media  xəbər verir ki, Benqkulu əyalətinin Enqqano adasında 6,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Meteorologiya, İqlim və Geofizika İnstitutunun məlumatına görə, zəlzələnin episentri 10 km dərinlikdə yerləşib. Fəsad və tələfatla bağlı məlumat verilməyib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Geri qayıt