Paytaxtda qorxunc görüntü: çay qıpqırmızı axır - NƏ BAŞ VERİR?

Türkiyənin paytaxtı Ankaradakı çay qırmızı rəngə boyanıb. ONN media xəbər verir ki, Sakarya çayının bir qolu olan Ankara çayının birdən-birə rəngini dəyişməsi əhalidə təşviş yaradıb. Ətraf Mühit və İnfrastruktur Nazirliyi və Ankara Su və Kanalizasiya İdarəsi sudan nümunə götürərək araşdırmalara başlayıb.