Qarabağda yenə erməni cəsədləri tapıldı

Qarabağda aparılan axtarışlar zamanı daha 4 hərbçinin qalıqları tapılıb.
ONN media xəbər verir ki, Füzuli istiqamətində tapılan qalıqların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Axtarış işləri bu gün Ağoğlan qəsəbəsində davam edəcək.
Son döyüş əməliyyatları sahəsində axtarış işlərinin başlanmasından bəri 1370-dən çox hərbçinin cəsədi və qalıqları tapılıb.